Naxçıvanda “ASAN xidmət”də son tamamlanma işləri gedir, mərkəz bu il açılacaq

Naxçıvanda “ASAN xidmət”də son tamamlanma işləri gedir, mərkəz bu il açılacaq Naxçıvanda ASAN xidmətin açılması ilə bağlı işlər davam edir.
Daxili siyasət
26 fevral 2023 08:18
Naxçıvanda “ASAN xidmət”də son tamamlanma işləri gedir, mərkəz bu il açılacaq

"Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılması ilə bağlı işlər davam edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, mərkəzlə bağlı son tamamlanma işləri gedir:

"Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə müvafiq işlər görür. Yəqin ki, bu il ərzində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq".

Son xəbərlər

Orphus sistemi