Yuxarı
    Bağlamaq

    Naxçıvanda 35 seçki məntəqəsində veb-kamera quraşdırılıb

    Ötən ay 347 yeni abunəçi genişzolaqlı internetlə təmin olunub

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Ötən ay Naxçıvan Muxtar Respublikasında 347 yeni abunəçi genişzolaqlı internetlə təmin olunub, Naxtel LTE şəbəkəsinin Düylün, Əndəmic, Üstüpü, Tivi, Bist və Nüsnüs kəndlərindəki baza stansiyaları 4G şəbəkəsinə qoşulub.

    “Report” xəbər verir ki, bunu muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti bildirib.

    “Evədək optika” layihəsinin icrası ilə əlaqədar 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib, 484 ədəd yeni telefon nömrəsi istismara verilib, muxtar respublika üzrə, ümumilikdə, 13 min 217 metr fiber-optik kabel xəttinin tikintisi aparılıb. Bu dövrdə seçki məntəqələrinin hər birinə telefon xətti çəkilib, 35 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi