Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının yaranmasından 10 il ötür.
Azərbaycan Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, hazırda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının 21 üzvü var və onlar bütün ölkə ərazisində yüksək keyfiyyətli hüquqi yardım göstərməklə vəkillik fəaliyyətini həyata keçirirlər.
Qeyd edək ki, 10 il öncə - 9 aprel 2008-ci il tarixində Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilib. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, Naxçıvan Muxtar Vəkillər Kollegiyası Azərbaycan Vəkillər Kollegiyasının tərkibinə daxildir.