Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib

Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib Bununla bağlı qanunu Ali Məclisin sədri Vasif Talıbov imzalayıb
Daxili siyasət
24 Fevral , 2017 02:54
Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib

Bakı. 24 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib.

"Report" xəbər verir ki, bununla bağlı qanunu muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Qanunda deyilir: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır: Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası gəlirlər üzrə 73 605 636 manat, xərclər üzrə 350 703 498 manat məbləğində olmaqla təsdiq edilsin. 

Son xəbərlər

Orphus sistemi