Yuxarı
    Bağlamaq

    Naxçıvan Muxtar Respublikasına daxili işlər naziri təyin edilib

    Fazil Ələkbərov əvvəllər muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb

    Bakı. 25 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasına daxili işlər naziri təyin edilib.

    "Report"un məlumatına görə, bununla bağlı fərmanı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

    Fərmana əsasən Fazil Nəriman oğlu Ələkbərov muxtar respublikanın daxili işlər naziri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Fazil Ələkbərov buna qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Ali Məclis sədrinin digər fərmanı ilə o, bu vəzifədən azad edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi