Naxçıvan Ali Məclisi Prezident İlham Əliyevi təbrik edib

Naxçıvan Ali Məclisi Prezident İlham Əliyevi təbrik edib "Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublika ictimaiyyəti adından Azərbaycan Respublikasının suverenliyinin bərpa olunması münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təbrik edirik".
Daxili siyasət
2 Oktyabr , 2023 17:07
Naxçıvan Ali Məclisi Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev

"Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublika ictimaiyyəti adından Azərbaycan Respublikasının suverenliyinin bərpa olunması münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təbrik edirik".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun müraciətində qeyd edilib.

Bildirilib ki, sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Ermənistanın üçtərəfli bəyanatın şərtlərini pozması, həmçinin, Azərbaycan ərazisində yaratmış olduğu qondarma rejimin ölkəmizə qarşı terror aktları törətməkdə davam etməsi səbəbindən başladı. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və peşəkarlığı sayəsində qanunsuz kriminal xunta rejimi tarixin tozlu səhifəsinə atıldı. Azərbaycan suverenliyini tam bərpa etdi. Bununla da “Hər bir müharibənin sonu olmalıdır. Müharibənin sonu isə sülhdür. Amma sülh ədalətli olmalıdır. Bizim üçün sülh o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, respublikamızın suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır”,- deyən Ümummilli Liderimiz Heydər Əliyevin arzusu yerinə yetirildi. Uğurla başa çatan, separatçıları ağ bayraq qaldıraraq təslim olmağa məcbur edən hərbi əməliyyatlar Qarabağda, ümumilikdə bölgədə sülhə, əmin-amanlığa doğru atılmış addımlardır.

"Bütün qeyd olunanlar bir daha göstərir ki, “Heydər Əliyev İli” ölkəmizdə əldə olunmuş iqtisadi göstəricilərinə, sosial-mədəni sahədə qazanılan nailiyyətlərinə görə ən uğurlu il kimi tarixə düşəcək. Muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının inkişafı və möhkəmlənməsində həyata keçirdiyi çətin, şərəfli dövlət idarəçiliyində uğurlar arzulayırıq", - müraciətdə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi