Yuxarı
    Bağlamaq

    ​Natiq Əliyev: Azərbaycan-Polşa münasibətlərinin tarixi kökləri var

    Mədəniyyətlərimizin çox yaxın olduğunu demək olar

    Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycan-Polşa münasibətləri həmişə dostluq şəraitində inkişaf edən tarixi köklərə söykənib".

    "Report" xəbər verir ki, bunu Bakıda Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

    "Mədəniyyətlərimizin çox yaxın olduğunu demək olar", - deyə o əlavə edib.

    Nazir polşalıların Azərbaycan memarlığı və neft sənayesinin inkişafına verdikləri töhfələrdən danışıb.

    "Biz bu gün minnətdarlıq hissi ilə onların adlarını yad edirik", - deyə Natiq Əliyev qeyd edib.

    Nazirin sözlərinə görə, Azərbaycan və Polşa bu gün bir sıra sahələrdə birgə fəaliyyət göstərir.

    "Polşa şirkətləri bir sıra sahələrdə, eləcə də, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq edir", - deyə o xatırladıb.

    Natiq Əliyev qeyd edib ki, Polşa baş nazirinin müavini Yanuş Pexoçinskinin rəhbərlik etdiyi 60 iş adamından ibarət nümayəndə heyəti tezliklə Bakıya gələcək.

    "Səfər zamanı tərəflər daha sıx iqtisadi əməkdaşlıq məsələləri üzərində işləyəcəklər", - deyə nazir bildirib və ölkələr arasında münasibətlərin hazırki inkişaf səviyyəsindən tam olaraq razılığını ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi