Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyası həyata keçiriləcək

Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyası həyata keçiriləcək Bu barədə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb
Daxili siyasət
22 Fevral , 2021 16:47
Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyası həyata keçiriləcək

Azərbaycanda narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyası və cəmiyyətə reinteqrasiyası həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb.

Bununla bağlı il ərzində tədqiqat işlərinin aparılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara tapşırılıb.

Son xəbərlər

Orphus sistemi