Narkotik maddə satmaqda təqsirləndirilən "bomj"a hökm oxunub

Narkotik maddə satmaqda təqsirləndirilən "bomj"a hökm oxunub O, 6 il müddətinə azadlıqdan məhrum edilib
Daxili siyasət
283
23 Fevral , 2017 11:48
Narkotik maddə satmaqda təqsirləndirilən bomja hökm oxunub

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik vasitələrinin dövriyyəsində təqsirləndirilən Siyavuş Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Məmmədov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən 6 kq marixuana aşkarlanıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-ci (qanunsuz narkotik maddələrinin dövriyyəsində, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, S.Məmmədov əvvəllər səfil həyatı ("bomj") yaşayıb. O, daha əvvəl də bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi