Naqif Həmzəyev: "Ulu öndərin siyasi hakimiyyətə gəlişi ölkəmizin müstəqilliyinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyub"

Naqif Həmzəyev: "Ulu öndərin siyasi hakimiyyətə gəlişi ölkəmizin müstəqilliyinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyub" Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “N” saylı hərbi hissədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Daxili siyasət
15 İyul , 2019 20:00
Naqif Həmzəyev: Ulu öndərin siyasi hakimiyyətə gəlişi ölkəmizin müstəqilliyinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyub

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “N” saylı hərbi hissədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət himni səsləndirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. N.Həmzəyev 1969-cu il iyulun 14-də ulu öndərin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqilliyinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyduğu kimi, Azərbaycan Ordusunun da formalaşmasında müstəsna rolunun danılmaz olduğunu xüsusi ilə vurğulayıb.

Gəncə Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov çıxış edərək qeyd edib ki, ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıcı dövrüdür:"Dahi rəhbərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Uzaqgörən böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji, siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb".

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Son xəbərlər

Orphus sistemi