"Dövlət başçısının verdiyi qərarlar əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir"

"Dövlət başçısının verdiyi qərarlar əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir" Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman və
Daxili siyasət
221
14 Yanvar , 2022 20:56
Dövlət başçısının verdiyi qərarlar əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir
İlham Əliyev

"Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin müəllifi Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur".

Bunu "Report"a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir:

"Hesablamalar göstərir ki, ötən illərdə mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur layihələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılması, şəhid ailələrinə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır".

Naqif Həmzəyev
Naqif Həmzəyev

"Ruh yüksəkliyi ilə qeyd etməliyik ki, əvvəlki illərdə böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ki, ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək", - N.Həmzəyev qeyd edib.

"2022-ci ildə də dövlətimiz tərəfindən sosial ödənişlər, sosial paketlər və islahatlar davam etdiriləcək. Əldə edilən gəlirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönləndiriləcək. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir", - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi