Yuxarı

​Müsavat başqanlığına sabiq namizəd mərkəz yaradır

Koordinasiya Mərkəzi kimi bir sistem qurmağa çalışırıq

Bakı. 22 aprel. REPORT.AZ/ Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı siyasi mərkəz yaradır. T.Abbaslı "Report"a açıqlamasında deyib ki, bununla bağlı gənclər təşkilatları və siyasi partiyaların nümayəndələri ilə müzakirələr aparıblar və razılıq əldə ediblər. 

O bildirib ki, mərkəzin yaradılmasında məqsəd parlament seçkilərində gənclərin bir-birlərinə dəstək verməsini təmin etməkdir: "Bunun üçün birləşməyə çalışırıq. Bu, siyasi bloq, birlik kimi anlaşılmamalıdır. Burada təmsil olunan gənclər üzvü olduqları partiyadan namizədliklərini irəli sürə bilərlər. Biz sadəcə, mərkəz olaraq həmin gəncləri dəstəkləyəcəyik. Ölkədə pərakəndə formada mübarizə aparan gənclərin birgə fəaliyyətini təmin etmək istəyirik. Bu öz növbəsində gənclərin siyasi arenaya çıxması kimi də başa düşülə bilər. Təxminən, Koordinasiya Mərkəzi kimi bir sistem qurmağa çalışırıq. Bu istiqamətdə danışıqlarımız yekunlaşmaq üzrədir".

T.Abbaslı bildirib ki, yaxın günlərdə mərkəzin təqdimatı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi