Yuxarı

​Pənah Hüseyn iqtidar-müxalifət görüşünə qatılmamasının səbəbini açıqlayıb

İqtidar-müxalifət görüşünə qatılmamağım texniki səbəblərlə bağlıdır

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu gün keçirilən iqtidar-müxalifət görüşünə qatılmamasının səbəbini açıqlayıb.

P.Hüseyn "Report"a açıqlamasında deyib ki, görüşə texniki səbəblərdən qatıla bilməyib.

"Bu gün keçirilən iqtidar-müxalifət görüşünə qatılmamağım texniki səbəblərlə bağlıdır. Yəni, siyasi səbəb deyil" - deyə, P.Hüseyn bildirib.

Xatırladaq ki, bu gün keçirilən iqtidarla müxalifət nümayəndələrinin görüşündə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri, deputat Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi