Müvəqqəti işlər vəkili: "Həm Rusiyada, həm də Azərbaycanda seçicilərin doğru seçim edəcəklərinə inanırıq"

Müvəqqəti işlər vəkili: "Həm Rusiyada, həm də Azərbaycanda seçicilərin doğru seçim edəcəklərinə inanırıq" Oleq Muraşyov: "Azərbaycan və Rusiya strateji tərəfdaşlığı inkişaf etdirir"
Daxili siyasət
15 Fevral , 2018 16:59
Müvəqqəti işlər vəkili: Həm Rusiyada, həm də Azərbaycanda seçicilərin doğru seçim edəcəklərinə inanırıq
Report

Bakı. 15 fevral. REPORT.AZ/ "Həm Rusiyada, həm də Azərbaycanda seçicilər ölkələrimizin və münasibətlərimizin gələcəyi naminə doğru seçim edəcəklərinə inanırıq".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov bu yaz Rusiya və Azərbaycanda keçiriləcək prezident seçkilərini şərh edərkən deyib.

Bu baxımdan, o, hər iki ölkənin vətəndaşlarını qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıb.

"Ölkələrimiz və xalqlarımız arasında hazırda həyata keçirilən ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərinin davamına inanırıq", - O.Muraşyov bildirib.

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafını şərh edən müvəqqəti işlər vəkil deyib:

"Ölkələrimiz arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Strateji tərəfdaşlığımızı inkişaf etdiririk və iki ölkə prezidentləri - Vladimir Putin ilə İlham Əliyev arasında formalaşmış münasibətləri qiymətləndiririk. Bu il də əlaqələrin davam edəcəyinə əminəm".

Son xəbərlər

Orphus sistemi