"Müstəqillik Gününü xüsusi sevinclə, ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik" - RƏY

"Müstəqillik Gününü xüsusi sevinclə, ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik" - RƏY “Xalqımız daha bir əlamətdar bayram ərəfəsindədir. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümüdür. Qeyd edim ki, bu tarixi, Azərbaycanın Müstəqillik Gününü xüsusi sevinclə, ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edi
Daxili siyasət
28 May , 2022 18:01
Müstəqillik Gününü xüsusi sevinclə, ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik - RƏY

“Xalqımız daha bir əlamətdar bayram ərəfəsindədir. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümüdür. Qeyd edim ki, bu tarixi, Azərbaycanın Müstəqillik Gününü xüsusi sevinclə, ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Bunun siyasi, tarixi əhəmiyyəti var”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, biz xoşbəxt xalqıq:

“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan Bayrağının bu gün işğaldan azad edilmiş Şuşada dalğalanmasının, Azərbaycan Prezidenti İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırmasının ayrı bir önəmi var. Bizə bu xoşbəxtliyi yaşatdığı üçün başqa cənab Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan ordusuna bir daha minnətdarlıq edirəm”.

V.İskəndərov bildirib ki, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin hansı əhəmiyyət kəsb etdiyini bütün dünya bilir:

“Bu gün sürətlə yenidən qurulan Şuşada üçrəngli, şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını görmək dostları sevindirir, düşmənlərimizi isə daha da kədərləndirir”.

“Onu da deyim ki, bu il Müstəqillik Gününü qeyd edilməsi başqa bir məqamı ilə də tarixə düşəcək. Bu il Azərbaycan öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd edir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, TEKNOFEST festivalında da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirak etdilər. Bununla da Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyi bütün dünyaya nümayiş etdirildi”, - deyə deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi