“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib

“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.
Daxili siyasət
23 May , 2018 12:01
“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktik konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, deputatlar, alimlər və QHT nümayəndələri iştirak ediblər.

Şura sədri, deputat Azay Quliyev deyib ki, 1918-ci ilin mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub.

O qeyd edib ki, Xalq Cümhuriyyətinin yaradılması uzun illərdən sonra dövlətçilik ənənəsinin bərpası idi: "1918-ci ildə Şimali Azərbaycan Rusiyadan vahid dövlət şəklində ayrıldı. Xalq Cümhuriyyətini quranlar fədakar insanlar idi. Əgər Xalq Cümhuriyyəti olmasaydı, biz 1991-ci ildə SSRİ dağılanda Rusiyanın subyekti olacaqdıq. Biz bu gün bunu Tatarıstan və digərlərinin nümunəsində görürük. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. Xalq Cümhuriyyətinin süqutunun yeganə səbəbi Rusiya imperiyası olmadı, həm də daxili çəkişmələr oldu. Parlamentdə çoxsaylı qruplar, o cümlədən ermənilərin fəaliyyətini qeyd etmək lazımdır".

A.Quliyev 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunmasında ümummilli lider Heydər Əliyevin böyük  rolu olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov "Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir" mövzusunda məruzə ilə çıxış edib.

O deyib ki, ulu öndər Heydər Əliyevə Xalq Cümhuriyyətinin tarixi, o cümlədən İrəvanda azərbaycanlılara qarşı hansı soyqırımların, faciələrin törədildiyi məlum idi: "Heydər Əliyevin göstərişi ilə tarixçilər Xalq Cümhuriyyətinin adını dəqiqləşdirib, Cümhuriyyətin tarixini araşdırılmağa başlayıblar. Prezident İlham Əliyev də Xalq Cümhuriyyətinin tarixinin araşdırılması siyasətini davam etdirib. Bundan sonra da araşdırmalar davam edəcək".

Konfrans müzakirələrlə davam edib. 

Sonda Azərbaycan Xalq Cümhuriyyətin ilk himni səsləndirilib.

Son xəbərlər

Orphus sistemi