Yuxarı

​Müsavatın Suraxanı rayon təşkilatının sədri partiya Divanına çağırılıb

Rövşən Dəmirli: Divanın toplantısında iştirak etməyəcəm

Bakı. 10 may. REPORT.AZ/ Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli partiya Divanına çağırılıb.

Bu barədə "Report"a R.Dəmirli məlumat verib.

O, toplantıya dəvət edilməyinə baxmayaraq, Divan iclasında iştirak edə bilməyəcəyini qeyd edib: "Dəvəti partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı göndərib. Amma Divanın toplantısında iştirak edə bilməyəcəm, çünki Bakıda deyiləm".

O bildirib ki, partiya rəhbərliyi Divanı cəza aparatına çevirib: "Divanın növbəti toplantısında məni partiyadan çıxara və ya xəbərdarlıq edə bilərlər. Yalnız özlərini haqlı çıxarırlar, qalanlarını "satqın", "agent" adlandırırlar".

Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər. Piketdə partiyanın Suraxanı və Nizami rayon təşkilatları fəallıq göstəriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi