Müsavatın Məclis üzvü partiyadan istefa verib

Müsavatın Məclis üzvü partiyadan istefa verib Bakı. 6 iyun. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü partiyadan istefa verib.
Daxili siyasət
6 İyun , 2018 20:41
Müsavatın Məclis üzvü partiyadan istefa verib

Bakı. 6 iyun. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü partiyadan istefa verib.

“Report”un xəbərinə görə, 2014-cü ildən Məclisdə təmsil olunan Vasif Sadıqbəyli partiyadan çıxmaqla bağlı ərizə yazıb. 

O, partiya başqanı Arif Hacılı ilə aralarında yaranan fikir ayrılığına görə belə bir addım atıb. 

V.Sadıqbəyli deyib ki, istefasına səbəb olan məsələlər barədə yaxın günlərdə məlumat yayacaq.

Son xəbərlər

Orphus sistemi