Yuxarı

​Müsavatın Məclis üzvü partiyadan istefa verib

Hazırkı Müsavat rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək bu addımı atdım

Bakı. 20 may. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli partiya sıralarından istefa verib.

Bu barədə A.Hüseynli "Report"a özü məlumat verib.

O, istefasının səbəblərini açıqlayarkən qeyd edib ki, Müsavatın hazırkı rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək bu addımı atıb: "Müsavat rəhbərliyinin siyasətini qəbul etməyənlər partiyadan xaric edilir. Xaric edilən insanlar müsavatçılıq ideologiyası uğrunda fəal mübarizə aparan insanlar olub. Rəhbərlik həmin insanların partiyaya yenidən bərpa olmasına müqavimət göstərir, əngəllər yaradır. Prosesləri izləyənlər yaxşı bilirlər ki, partiyanın əvvəlki kimi güclənməsinə, müsavatçılarla birlikdə Məhəmməd Əmin Rəsulzadə ideologiyası uğrunda fəaliyyət göstərilməsi üçün əlimdən gələni etdim. Artıq, müqavimət də bir yerə qədərdir.

Hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq partiya sıralarından istefa verirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi