Yuxarı
    Bağlamaq

    Müsavatın daha bir tanınmış üzvü partiyadan istefa verib

    “Partiyada qrup maraqlarının önə çəkilməsi məni çox üzdü”

    Bakı. 20 may. REPORT.AZ/ Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş sədr müavini və özək sədri Asif Qasımov partiya sıralarından istefa verib. “Report”un xəbərinə görə, A.Qasımov bununla bağlı bəyanat yayıb.

    İstefa bəyanatında deyilir: “Mən 1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. Bu partiyaya gəlişimin əsas səbəblərindən biri böyük M.Ə.Rəsulzadənin müsavatçılıq ideyalarını Azərbaycanımızda və onun hüdudlarından kənarda bütün insanlar arasında yaymaq olub və bu yöndə əlimdən gələni etməyə çalışmışam. Lakin son dövrlər, xüsusilə də partiyanın qurultayından sonra təşkilatda yaranan qeyri-demokratik mühit, dəyərli müsavatçılara qarşı repressiv addımların atılması, qrup maraqlarının önə çəkilməsi məni çox üzdü. Partiyada uzun müddət çiyin-çiyinə addımladığım insanlara qarşı aparılan anti-təbliğat, onlara qurşaqdan aşağı vurulan zərbələr mənim artıq bu partiyada qalmağıma heç bir səbəb və imkan buraxmadığı üçün Müsavat sıralarından istefa verirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi