Arif Hacılı: “Milli Məclisə Müsavatdan namizədliyini irəli sürən şəxslər partiya qarşısında öhdəlik götürməlidirlər”

Arif Hacılı: “Milli Məclisə Müsavatdan namizədliyini irəli sürən şəxslər partiya qarşısında öhdəlik götürməlidirlər” "Partiyada qurultaydan əvvəl, qurultay keçirilən zaman və sonra fəsadlar mövcud olub"
Daxili siyasət
4 Aprel , 2015 13:44
Arif Hacılı: “Milli Məclisə Müsavatdan namizədliyini irəli sürən şəxslər partiya qarşısında öhdəlik götürməlidirlər”

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın sonuncu qurultayından sonra görülən işlərlə bağlı hesabat verib.
“Report”un məlumatına görə, A.Hacılı deyib ki, partiyada qurultaydan əvvəl, qurultay keçirilən zaman və sonra fəsadlar mövcud olub. O bildirib ki, hazırda qurultaydan sonra baş verən fəsadlar aradan qaldırılıb: “Partiya bir il öncəkindən daha güclüdür, strukturlarda nəsil dəyişməsi prosesi gedib. Altı ay müddətində Azərbaycanın rayonlarında iki zona müşavirəsi keçirmişik. Xarici əlaqələrimizi də genişləndirmişik, bir sıra ölkələrdə görüşlər keçirmişik. Bu müddət ərzində mitinq də keçirdik, aksiyada mövqeyimizi ortaya qoyduq”.
A.Hacılı keçirilən mitinqlərdə insanlarının sayının az olmasına da münasibət bildirib: “Hazırda mitinqdə say məsələsinə diqqət yetirilir. 1988-ci ildən siyasi proseslərin içindəyəm. Bu müddət ərzində xeyli aksiyalar keçirilib, aksiyalarda insanların sayı çox da olub, az da. Biz yenə mitinq keçirəcəyik, aksiyada nə qədər adam iştirak edəcəksə, biz onların qarşısında çıxış edəcəyik”.

Müsavat başqanı parlament seçkilərində partiya üzvlərinin namizədlik məsələsinə də toxunub: “Müsavat Partiyasının deputatlığa namizədini Məclis təsdiq etməlidir. Kimsə namizədliyini irəli sürürsə, bununla bağlı partiya rəhbərliyini məlumatlandırmalıdır. Həmçinin namizədliyini irəli sürən şəxs partiya qarşısında öhdəlik götürməlidir”.

A.Hacılı Müsavat Partiyasını anti-demokratik idarəçilikdə ittiham edənlərin arqumentlərini “əsassız” adlandırıb: “Müsavat Partiyası demokratik prinsiplərlə idarə olunur. Müsavatda guya demokratiyanın olmaması, avtoritar üsullarla idarə olunması ilə bağlı cəmiyyətə fikirlər ötürülür. Həmçinin demokratik idarəçiliyin fəsadlarını qabartmağa çalışırlar. Partiya üzvləri bunu nəzərə almalıdır. Düzdür, demokratik idarəçilikdə müəyyən fəsadlar olur, bunun fəsadlarını səbrlə aradan qaldırmaq lazımdır. Təbii ki, yalanlar, böhtanlar da olacaq, biz bunu Nizamnamə ilə həll edəcəyik”.

Son xəbərlər

Orphus sistemi