​Müsavat Partiyasının rəhbərliyi Tural Abbaslının istefasına münasibət bildirib

​Müsavat Partiyasının rəhbərliyi Tural Abbaslının istefasına münasibət bildirib Razim Əmiraslanlı: "Partiyanın VIII qurultayından sonra Tural Abbaslının fəaliyyəti hiss olunmurdu"
Daxili siyasət
5 May , 2016 16:39
​Müsavat Partiyasının rəhbərliyi Tural Abbaslının istefasına münasibət bildirib

Bakı. 5 may. REPORT.AZ/ "Müsavat Partiyasının VIII qurultayından sonra Tural Abbaslının fəaliyyəti hiss olunmurdu. Demək olar, partiyadan çıxmışdı, sadəcə, indi rəsmiləşdirir".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib.

O bildirib ki, T.Abbaslının partiyadaxili siyasətlə bağlı fikirləri yanlışdır: "O, fikirlərində qeyri-səmimidir, qərəzlidir. Müsavat Partiyası əvvəlki siyasi xəttini davam etdirir. Həmişə olduğu kimi, indi də bu proses uğurla davam edir".

Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı partiya sıralarından istefa verib. O, istefasını partiyadaxili mühitlə əlaqələndirib: "Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim".

Son xəbərlər

Orphus sistemi