​Müsavat Partiyasının rayon təşkilatlarından birinin sədri MNTK-ya çağırılıb

​Müsavat Partiyasının rayon təşkilatlarından birinin sədri MNTK-ya çağırılıb "Qərardan asılı olmayaraq, biz sona qədər Vurğun Əyyubu müdafiə edəcəyik"
Daxili siyasət
31 Mart , 2015 12:13
​Müsavat Partiyasının rayon təşkilatlarından birinin sədri MNTK-ya çağırılıb

Bakı. 31 mart. REPORT.AZ/ Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) çağırılıb.

Bu barədə "Report"a R.Dəmirli özü məlumat verib. O bildirib ki, buna səbəb təşkilatın sonuncu - martın 28-də keçirilən Şura iclasında Vurğun Əyyubun deputatlığa namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməsidir: "Təşkilatın Şura toplantısında iki nəfər- Misir Məhəmmədoğlu və Fəxri Mehdiyev bilərəkdən iştirak etməyib. Biz onları məlumatlandırmışdıq. Bu şəxslər Şuranın çıxardığı qərardan MNTK-ya şikayət ediblər. Keçirdiyimiz iclasda Şuranın 19 üzvündən 12-si iştirak edib. Bu da kvorum deməkdir. Toplantıda bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən Xatirə Allahverdiyevanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. MNTK-ya çağırılmağımın səbəbi də budur, amma iclasda iştirak etməyəcəm".

R.Dəmirlinin sözlərinə görə, MNTK-nın qərarı heç bir əhəmiyyət daşımır: "MNTK iclas keçirsin, hansı qərarı istəyirsə, qəbul etsin. Onların qərarları önəmli deyil, əsas Şuranın qərarıdır, bu da açıqlanıb. Kim Müsavat rəhbərliyinin dediklərini etmirsə, "MNTK" adlandırdıqları qurumla cəzalandırırlar. Təxminən bilirəm nə qərar verəcəklər, deyəcəklər ki, Şuranın qərarı legitim deyil və beləcə Müsavat Məclisində də həmin şikayət əsasında Vurğun Əyyubun və digər iki nəfərin namizədlik məsələsi qaldırılmayacaq. Qərardan asılı olmayaraq, biz sona qədər Vurğun Əyyubu müdafiə edəcəyik".

Son xəbərlər

Orphus sistemi