Müsavat Partiyasının Milli Şuradan çıxmasının əsas səbəbi açıqlanıb

Müsavat Partiyasının Milli Şuradan çıxmasının əsas səbəbi açıqlanıb Arif Hacılı: "Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətinin, hətta simvolik lideri olmasının mümkünsüzlüyünü bildirdik və Milli Şuradan çəkildik"
Daxili siyasət
4 İyul , 2015 13:00
Müsavat Partiyasının Milli Şuradan çıxmasının əsas səbəbi açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Krımın Rusiyaya məxsus olması barədə iddiasına münasibət bildirib.

“Report”un məlumatına görə, A.Hacılı deyib ki, hər hansı bir şairin, yazıçının Krımın Rusiyaya məxsus olmasını bəyan etməsinə yanlışlıq kimi yanaşmaq olar, çünki Krım tatarların və türklərin torpağıdır: "Krımın Rusiyaya heç bir aidiyyəti yoxdur. Siyasi baxımdan Krım Ukrayna ərazisi hesab olunur. Azərbaycanın siyasi mənafeləri baxımdan da, Krım Ukraynaya məxsusdur. Çünki Krıma müstəqllik veriləcəksə, bu, Qarabağ üçün bir president olacaq. Biz Krımın işğalı məsələsini Azərbaycanın mənafeləri baxımdan qabartmalıyıq. Krımın Rusiya ərazisi hesab olunması həm tarixi ədalət, həm də Azərbaycanın milli mənafeləri baxımdan yanlışdır. Təəssüf ki, bu yanlışlığı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov səsləndirib".

A.Hacılı Müsavat Partiyasının Milli Şuradan çıxması məsələsinə yenidən qayıdıb və bunun əsil səbəbini açıqlayıb: "Milli Şuradan çıxdıqdan sonra orada olan partiyalara ikitərəfli sazişlərin imzalanmasını təklif etdik. Təəssüf ki, təklifimiz qəbul olunmadı. Milli Şuradan ona görə çıxdığımızı bildirmişdik ki, qurum 2013-cü ildə keçirilən prezident seçkisində özünün missiyasını həyata keçirmişdi. Bu şura prezident seçkilərinə yönəlik qurum kimi yaradılmışdı. Milli Şuranın o vaxtkı sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması bizi narahat edirdi. Biz müəyyən fəsadlardan ehtiyatlanırdıq. Müəyyən şərtlərimiz var idi ki, onlar qəbul olunmadı. Rüstəm İbrahimbəyova münasibətimiz müsbətdir. Onun Milli Şura sədrliyinə də namizədliyini İsa Qəmbər irəli sürmüşdü. Hətta prezidentliyə namizədliyini də partiya müdafiə etdi. Lakin onun Azərbaycana gəlməyəcəyi müəyyən olunduqdan sonra hörmətimiz qalmaq şərti ilə Azərbaycan müxalifətinin, hətta simvolik lideri olmasının mümkünsüzlüyünü bildirdik və Milli Şuradan çəkildik".

Son xəbərlər

Orphus sistemi