Yuxarı

​Müsavat Partiyasının başqanı özünə 6 müşavir təyin edib - SİYAHI

Arif Hacılı müşavirlərin təyin olunması barədə sərəncamlar imzalayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı müşavirlərin təyin olunması barədə 6 sərəncam imzalayıb.

Partiyadan "Report"a verilən məlumata görə, A.Hacılının imzaladığı sərəncamlarla partiyanın Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov, Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyev müşavir təyin olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi