Müsavat Partiyasının başqanı sərbəst buraxılıb - YENİLƏNİB

Müsavat Partiyasının başqanı sərbəst buraxılıb - YENİLƏNİB Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
Daxili siyasət
12 Noyabr , 2019 17:38
Müsavat Partiyasının başqanı sərbəst buraxılıb - YENİLƏNİB

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

"Report"un xəbərinə görə, bu barədə "facebook"da partiya sədri özü məlumat verib.


*** 14:15

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə "Report"a partiyadan məlumat verilib.

Bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayının 12-də BŞİH-in qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

Son xəbərlər

Orphus sistemi