Bakı. 20 aprel. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyaya gedib.
“Report”un xəbərinə görə, A.Hacılı Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə baş çəkəcək.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib. O, “Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb. İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib.