Məclis üzvü: "Azərbaycan xalqının Müsavat Partiyasına inamı sarsılıb"

Məclis üzvü: "Azərbaycan xalqının Müsavat Partiyasına inamı sarsılıb" "Məni çıxara bilərlər, amma özüm partiyadan getməyəcəm"
Daxili siyasət
8 May , 2015 15:19
Məclis üzvü: Azərbaycan xalqının Müsavat Partiyasına inamı sarsılıb

Bakı. 8 may. REPORT.AZ/ "Müsavat başqanı Arif Hacılı deyir ki, piketdə iştirak edənlər partiyadan qovulmalıdır. Nə istəyirlər etsinlər, bizi qova da bilərlər". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli deyib.

O bildirib ki, bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək: "Piket keçirməkdə məqsədimiz partiyadan çıxarılanların, inciyib gedən üzvlərin geri qaytarılmasını, Müsavatın əvvəlki formatda işinə davam etməsini tələb etmək idi. Mənim partiyadan çıxmaq fikrim yoxdu. Müsavat Məhəmməd Əmin Rəsulzadənin, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Almaz İldırımın və çox nüfuzlu, dəyərli insanların partiyasıdır. Onlar Şərqdə ilk dəfə demokratik cümhuriyyət qurublar. O partiyaya arxa çevirib getmək olmaz. Məni çıxara bilərlər, amma özüm partiyadan getməyəcəm. 27 ildir bu yoldayam, illərimi kiməsə qurban vermərəm".

A.Hüseynli qeyd edib ki, Azərbaycan xalqının Müsavat Partiyasına inamı sarsılıb: "Əvvəllər xalq inanırdı ki, Müsavat Partiyası hakimiyyətə gələcək, ədalətli, demokratik quruluş yaradacaq. Amma bu olmadı, xalqın da ümidi qırıldı. Xalqın bundan sonra Müsavat Partiyasına etibar etməsi yenidən toparlanmadan keçərdi, bu isə mümkün görünmür".

Xatırladaq ki, mayın 6-da Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin təşkilata bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər.

Son xəbərlər

Orphus sistemi