Yuxarı
    Bağlamaq

    Müsavat Partiyası üç təşkilatla funksional əməkdaşlıq üçün danışıqlar aparır

    Gülağa Aslanlı: Funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər

    Bakı. 14 noyabr. REPORT.AZ/ Müsavat Partiyası, Real Hərəkatı, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı funksional əməkdaşlığın edilməsi ilə bağlı danışıqlar aparırlar.

    Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, partiya üç təşkilatla bu istiqamətdə danışıqları davam etdirir.

    G.Aslanlının sözlərinə görə, danışıqların indiki vəziyyəti ümidvericidir və funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər.

    Müsavat funksioneri vurğulayıb ki, bəzi siyasətçilər yanlış olaraq funksional əməkdaşlığı birlik kimi qələmə verirlər: "Əslində belə deyil. Funksional əməkdaşlıq edən partiyalar birgə mitinq keçirə bilərlər. Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər. Bəzi siyasətçilər funksional əməkdaşlıq məsələsi müzakirə olunan zaman narazılıq edirlər. Bu da gərəksiz gedişlərdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi