Yuxarı

Müsavat Partiyası Qubad İbadoğlunun hərəkat yaratmasına münasibət bildirib

​Müsavat başqanının müavini: Partiyadan kənar hərəkat yaratmaq Nizamnaməyə zidd deyil

Bakı. 3 dekabr. REPORT.AZ/ "Müsavat Partiyasından kənar hərəkat yaradılması partiyanın Nizamnaməsinə zidd deyil. Bunu istənilən müsavatçı edə bilər".

Bunu "Report"a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun hərəkat yaratması barədə açıqlamasına münasibət bildirərkən deyib.

G.Aslanlı qeyd edib ki, yaradılacaq hərəkat Müsavat Partiyasının strukturlarına paralellik təşkil etmir: "Hərəkatın necə fəaliyyət göstərəcəyi bəlli deyil. Həmin hərəkatda da Müsavat ideologiyalası təbliğ oluna bilər. Bu da normal haldır".

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu "Azərbaycan Demokratiya və Rifah" Hərəkatını yaradacağını elan edib. Q.İbadoğlu deyib ki, hərəkata partiyadan çıxarılan və istefa vermiş şəxslərlə bərabər müstəqil insanlar da qoşulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi