Müsavat Partiyası piket keçirməsi ilə bağlı BŞİH-ə müraciət edib

Müsavat Partiyası piket keçirməsi ilə bağlı BŞİH-ə müraciət edib Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib.
Daxili siyasət
7 Noyabr , 2019 13:52
Müsavat Partiyası piket keçirməsi ilə bağlı BŞİH-ə müraciət edib
Report

Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib.

“Report”un xəbərinə görə, bu barədə partiyanın facebook səhifəsində məlumat verilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən gün Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Bundan sonra partiya açıqlama verərək həmin ərazidə mitinq keçirməyəcəyini, əvəzində BŞİH-i qarşısında piket keçirəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi