Müsavat Partiyası və AXCP MSK-nın seminarında iştirak edib - ƏLAVƏ OLUNUB

Müsavat Partiyası və AXCP MSK-nın seminarında iştirak edib - ƏLAVƏ OLUNUB Mərkəzi Seçki Komissiyası dövlət qeydiyyatından keçən siyasi partiyalara seminar keçirib
Daxili siyasət
13 Avqust , 2015 12:28
Müsavat Partiyası və AXCP MSK-nın seminarında iştirak edib - ƏLAVƏ OLUNUB

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) dövlət qeydiyyatından keçən siyasi partiyalara illik maliyyə hesabatının təqdim edilməsi mövzusunda seminar keçirib.

“Report”un məlumatına görə, tədbirdə Maliyyə Nazirliyinin, Auditorlar Palatasının və siyasi partiyaların nümayəndələri iştirak edib.

Seminarda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Mərkəzi Seçki Komissiyasında hesabatları qəbul etmək üçün xüsusi qurumlar yaradılıb. O qeyd edib ki, bu işdə partiyalar da maraqlı olmalıdırlar: “Hesabatların MSK-ya verilməsi vahid bir mənbənin yaradılması deməkdir.

Hesabatlar siyasi partiyaların təqdim etdiyi formada Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir və bundan ictimaiyyət xəbər tutur. İnkişaf etmiş ölkələrdəki siyasi partiyaların fəaliyyəti öyrənilib və tətbiq edilir. Siyasi partiyalarla MSK-nın bu cür ünsiyyəti təqdirəlayiqdir. Əminik ki, bu istiqamətdə işlər müsbət nəticə verəcək”.

Sonra Maliyyə Nazirliyinin, Auditorlar Palatasının nümayəndələri illik maliyyə hesabatlarına və onların tərtib və təqdim edilməsinə dair tələblər barədə məlumat veriblər.

Tədbirin “sual-cavab” hissəsi media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

Tədbirdə Müsavat Partiyasını başqan müavini Elman Fəttah təmsil edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə "Report"a açıqlamasında seminarda partiyanı Məhəmməd Talıblının təmsil etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi