Yuxarı

Müsavat Partiyası keçirəcəyi mitinqin vaxtını müəyyənləşdirib

Partiya Divanının növbəti iclası keçirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan “Report”a verilən məlumata görə, iclasda sentyabr ayının 18-də saat 17.00-dan 19.00-dək “Məhsul” stadionunda 26 sentyabr tarixinə elan olunan referendumla bağlı mitinqin keçirilməsi barədə qərar qəbul edilib.

Divanda təşkilati məsələlərə baxılıb, 10 nəfər Müsavat Partiyasının sıralarına qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi