Yuxarı

Müsavat Partiyası Bakıda mitinq keçirib

Aksiya insidentsiz başa çatıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Müsavat Partiyasının, D18 Hərəkatının və digər müxalifyönümlü təşkilatların nümayəndələri iştirak edib.
Aksiyada Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanının müavinləri Yadigar Sadıqov və Səxavət Soltanlı, D18 Hərəkatının sədri Ruslan İzzətli çıxış ediblər.
Sonda mitinqin qətnaməsi oxunub.
Aksiya insidentsiz başa çatıb.
Mitinqdə Bakı Şəhər Baş Polis İdarəsi təhlükəsizlik tədbirləri görüb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi