Yuxarı
    Bağlamaq

    ​Müsavatın Binəqədi təşkilatının Şura üzvü və özək sədri partiyadan istefa verib

    İstefa partiyanın Binəqədi rayon təşkilatının Şura iclası zamanı olub

    Bakı. 26 avqust. REPORT.AZ/ Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri Arif Əziz istefa verib.

    Bu barədə "Report"a Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli bildirib.

    O deyib ki, istefa partiyanın Binəqədi rayon təşkilatının Şura iclası zamanı olub: "İclasda partiyanın Dərnəgül özəyinin sədri Arif Əziz və Şura üzvü Hümbət Məmmədli istefa verib. Onlar Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsinə etiraz olaraq bu addımı atıblar".

    Arif Əziz "Report"a açıqlamasında Müsavat Partiyasından istefa verdiyini təsdiqləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi