Nərgiz Yaqublu dəfn olunub

Nərgiz Yaqublu dəfn olunub Dəfn mərasimində mərhumun yaxınları və ictimai-siyasi fəallar iştirak edib
Daxili siyasət
25 Aprel , 2015 14:51
Nərgiz Yaqublu dəfn olunub

Bakı. 25 aprel. REPORT.AZ/ Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Qaraçuxur qəsəbəsində dəfn olunub. "Report" xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları və ictimai-siyasi fəallar iştirak edib.

Xatırladaq ki, N.Yaqublu uzun sürən ağır xəstəlikdən sonra aprelin 23-də Rusiyanın Tomsk şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi aprelin 24-də gecə Bakıya gətirilib. 

N.Yaqublunun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu hazırda həbsdədir. Qızının dəfn və yas mərasimində iştirak etmək üçün onu 7 günlüyə azadlığa buraxıblar. 

Son xəbərlər

Orphus sistemi