​Müsavat başqanının müavini: "AXCP Müsavatı özünə rəqib görür"

​Müsavat başqanının müavini: "AXCP Müsavatı özünə rəqib görür" "Fuad Qəhrəmanlı bilməlidir ki, partiya daxilində hər hansı qanad yoxdur"
Daxili siyasət
12 Noyabr , 2014 10:51
​Müsavat başqanının müavini: AXCP Müsavatı özünə rəqib görür
Bakı. 12 noyabr. REPORT.AZ/ "Əslində, Müsavat Partiyasının iki qanadının olması, yaxud olacağı kimi qeyri-ciddi fikirlərə münasibət bildirmək istəmirəm. Fuad Qəhrəmanlı bilməlidir ki, Müsavat Partiyasının daxilində hər hansı qanad yoxdur. Qurultaydan sonra Müsavat Partiyasının daxilində narazılıq var idi, bu da qısa zamanda həll olundu".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyib.

O bildirib ki, Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində baş verənlərə müdaxilə etməyib: "Ona görə də AXCP-nin də Müsavat Partiyasında baş verənlərlə bağlı mövqe sərgiləməsini doğru hesab etmirəm. Bu halların baş verməsinə səbəb AXCP-nin Müsavat Partiyasını özünə rəqib hesab etməsidir. Düzdür, siyasi partiyalar arasında rəqabət olmalıdır, hər şey normal çərçivədə davam etməlidir.

O.Kazımov qeyd edib ki, Müsavat Partiyasının daxilində baş verənlərə görə digər müxalifət partiyaların mövqeləri qənaətbəxşdir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə "Report"a açıqlamasında Müsavat Partiyası haqqında fikirlərinin düzgün anlaşılmadığını bildirib. O qeyd edib ki, AXCP hansısa partiyanın daxili işlərinə qarışmaqda maraqlı deyil: "Müsavat Partiyasının daxili işlərinə qarışmırıq. Orada baş verənlər partiyanın daxili işidir. Bizim hədəfimiz Azərbaycandakı müxalifət partiyaları deyil".

Son xəbərlər

Orphus sistemi