Müşahidəçi: "Bolqarıstan seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər"

Müşahidəçi: "Bolqarıstan seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər" Bakı. 12 aprel. REPORT.AZ/ Bolqarıstan seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər.
Daxili siyasət
12 Aprel , 2018 13:01
Müşahidəçi: Bolqarıstan seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər

Bakı. 12 aprel. REPORT.AZ/ "Bolqarıstan seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilmiş Prezident seçkilərinin müşahidəsində iştirak edən Bolqarıstan parlamentinin deputatı Aleksandr Simov deyib.

O, müşahidə zamanı heç bir qanun pozuntusu aşkar etmədiklərini bildirib: "Proses demokratik, şəffaf oldu. Seçki prosesi texnologiyası, seçkilərdə yüksək seçici fəallığı xoşuma gəldi. Bolqarıstanda normal fəallıq olur - 40%. Burada isə məntəqələrə istəklə gəlirlər. Bu, demokratik prosesin əlamətidir. Həmişə təkmilləşdirmək və inkişaf etdirmək üçün bir şey olur. Azərbaycanda bəzi texnologiyaların olduğunu və bunun Bolqarıstanda tətbiq edilə biləcəyini gördük. Prosesə son dərəcə müsbət yanaşıram", - A.Simov bildirib.

Son xəbərlər

Orphus sistemi