Müraciət əsasında 1 məntəqə üzrə nəticələr etibarsız sayıldı

Müraciət əsasında 1 məntəqə üzrə nəticələr etibarsız sayıldı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.
Daxili siyasət
233
25 Fevral , 2020 17:05
Müraciət əsasında 1 məntəqə üzrə nəticələr etibarsız sayıldı
Report

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız bir məntəqədə qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki ( 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Son xəbərlər

Orphus sistemi