Müharibə iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyətə başladı

Müharibə iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyətə başladı Təlimdə gənclər evlərindən 26 psixoloq iştirak edib
Daxili siyasət
18 Mart , 2021 16:45
Müharibə iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyətə başladı

Gənclər və İdman Nazirliyi nəzdindəki gənclər evlərində şəhid ailələri üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyət göstərməyə başlayıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Vətən müharibəsindən sonrakı 3 ay ərzində gənclər evlərinin psixoloqları şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirib, 611 şəhid və qazi ailəsini ziyarət edib, onlara mənəvi dəstək göstəriblər.

Eyni zamanda sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri gənclər evlərinin psixoloqları üçün 3 - 5 martda “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranmış psixoloji problemlər” adlı təlim keçirilib. Təlimdə gənclər evlərindən 26 psixoloq iştirak edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyanın təşkili də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi