Müharibə əlili: "Prezidentimizdən hər zaman diqqət və qayğı görmüşük”

Müharibə əlili: "Prezidentimizdən hər zaman diqqət və qayğı görmüşük” “Birdəfəlik ödəməni eşidən zaman çox sevindim çünki o pula ehtiyacım var idi”.
Daxili siyasət
4 Avqust , 2022 17:38
Müharibə əlili: Prezidentimizdən hər zaman diqqət və qayğı görmüşük”

“Əlilliyə görə birdəfəlik ödəmənin veriləcəyini eşidən zaman çox sevindim, çünki o pula ehtiyacım var idi”.

Bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, III dərəcə əlil İlham Əhmədov deyib.

O, dövlətin verdiyi məvacibin bir qismini sağlamlığı, digərini isə ailəsi üçün xərcləməyi düşünür.

İ.Əhmədov birdəfəlik ödəmənin verilməsinə görə ölkə rəhbərliyinə təşəkkür edib: "Müharibə əlillərinin problemlərinin, qayğılarının, sosial məsələlərinin həlli hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi bunu sübut edən faktlardan biridir. Mən və əhatəmdə olan digər Birinci Qarabağ müharibəsi qaziləri Prezidentimizin bu addımını yüksək qiymətləndiririk. Prezidentimizə və Birinci vitse-prezidentimizə təşəkkür edirik".

O bildirib ki, Füzuli rayonunda doğulub, elə döyüş yolu da bu istiqamətdən başlayıb: "1992-ci ildə Xocavənd rayonunun Məlikcan kəndi uğrunda gedən döyüşlərdə hər iki qolumdan yaralanmışam".

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Son xəbərlər

Orphus sistemi