Muğan bölgəsində parlament seçkiləri - FOTO

Muğan bölgəsində parlament seçkiləri - FOTO Muğan bölgəsində Milli Məclisə keçirilən deputat seçkiləri fəallığı ilə seçilir.
Daxili siyasət
9 Fevral , 2020 10:05
Muğan bölgəsində parlament seçkiləri - FOTO

Muğan bölgəsində Milli Məclisə keçirilən deputat seçkiləri fəallığı ilə seçilir.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar və Cəlilabad rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək.

66 saylı Biləsuvar seçki dairəsi üzrə 44 məntəqə var. DSK üzrə seçici sayı 49460 nəfərdir. 18 yaşı tamam olan seçici sayı 90-dır. Bu dairə üzrə 3 seçicinin yaşı 100-dən yuxarıdır. DSK üzrə seçki prosesini 740 yerli, 2 beynəlxalq müşahidəçi (ATƏT) izləyəcək.

67 saylı Cəlilabad Şəhər seçki dairəsi üzrə 37 məntəqə var. DSK üzrə seçici sayı 41018 nəfərdir.

68 saylı Cəlilabad Kənd seçki dairəsi üzrə 34 məntəqə var. DSK üzrə seçici sayı 40680 nəfərdir.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 35 məntəqə var. DSK üzrə seçici sayı 39601 nəfərdir.

Son xəbərlər

Orphus sistemi