Yuxarı

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində 4 nəfər azadlığa buraxılıb

Onlardan biri İran vətəndaşıdır

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

"Report"un məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 4 nəfər azadlığa buraxılıb. Onlardan biri İran vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 28-də əfv sərəncamı imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi