Bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları 2 dəfə artırılıb

Bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları 2 dəfə artırılıb Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
16 Yanvar , 2015 17:42
Bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları 2 dəfə artırılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Sərəncamın dərs yükü norması və aylıq vəzifə maaşlarının artırılması ilə bağlı hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi