Yuxarı
    Bağlamaq

    ​Müəllimlərin bütün əməkhaqları ilə bağlı məsuliyyət Təhsil Nazirliyinin tabeliyinə keçir

    Nazirlik tərəfindən 15 Ərazi Maliyyə Hesablaşma mərkəzi yaradılıb

    Bakı. 14 aprel. REPORT.AZ/ "Təhsil Nazirliyi tərəfindən 15 Ərazi Maliyyə Hesablaşma mərkəzi yaradılıb". "Report"un məlumatına görə, bunu nazirliyin Maliyyə şöbəsinin böyük məsləhətçisi Ramil Orucov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, yaradılmış mərkəzlərdən 13-ü hazırda tam fəaliyyət göstərir. Bunlardan Masallı və Balakən rayonu üzrə mərkəzlər mayın 1-dən fəaliyyətə başlayacaq. Bununla da gələn aydan etibarən ölkənin 15 regionunda - Sumqayıt, Xaçmaz, İsmayıllı, Oǧuz, Balakən, Aǧstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı və Astara bölgələrində Ərazi Maliyyə Hesablaşma mərkəzləri fəaliyyət göstərəcək".

    Nazirlik rəsmisi qeyd edib ki, mərkəzlərin yaradılmasında məqsəd təhsil sahəsində maliyyə, inzibati resursların istifadə edilməsi, təkmilləşdirilməsi və mərkəzləşmiş maliyyələşməni həyata keçirməkdir: "2015-ci ilə kimi yerlərdəki bütün təhsil müəssisələri yerli təhsil şöbələrinin xətti ilə yerli maliyyə orqanları tərəfindən maliyyələşdirilirdi. Bu ildən etibarən isə 15 regionda yeni mərkəzləri yaradılması ilə idarəolunma mərkəzləşdirmə formasında olacaq. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda 4 134 təhsil müəssisəsini, o cümlədən, 3 875 ümumi təhsil və 259 məktəbdən kənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib. Mərkəzdə nazirliyin aidiyyəti strukturlarının, eləcə də bir sıra qrupların 1 000-dən artıq işçisi cəlb olunub".

    O əlavə edib ki, mərkəzləşmiş maliyyə mexanizmi Təhsil Nazirliyi tərəfindən hazırlanan qaydalara uyğun həyata keçirilir: "Bununla artıq müəllimlərin bütün əməkhaqları ilə bağlı məsuliyyət nazirliyin tabeliyinə keçir. Bundan başqa, mərkəzlər yaradılandan sonra müəllimlərdən müəyyən fondlara yığılan tutulmaların qarşısı alınıb və gələcəkdə alınacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi