Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd olunub

Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd olunub Bu gün Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır.
Daxili siyasət
364
17 Dekabr , 2021 16:43
Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd olunub

Bu gün Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır.

"Report" xəbər verir ki, bu münasibətlə nazirlikdə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanan “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub.

Mərasimin rəsmi hissəsinə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

İlk olaraq Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunan “Salam, silah” filmi izlənilib.

Müdafiə sənayesi naziri Mədət Quliyev çıxış edərək bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabr ayının 16-da dövlət başçısının müvafiq sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

M.Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə ulu öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakı şəhərində və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.

Son xəbərlər

Orphus sistemi