Müdafiə Nazirliyi KİV rəhbərlərinə müraciət edib

Müdafiə Nazirliyi KİV rəhbərlərinə müraciət edib Nazirliyin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan bu mövzuda xəbərlərin ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir
Daxili siyasət
15 İyul , 2016 09:47
Müdafiə Nazirliyi KİV rəhbərlərinə müraciət edib

Bakı. 14 iyul. REPORT.AZ/ Cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq Müdafiə Nazirliyi bir daha yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edib. 

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir. 

Son xəbərlər

Orphus sistemi