Yuxarı

​Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə Müsavat başqanı arasında keçirilən görüşün təfərrüatları məlum olub - YENİLƏNİB

Arif Hacılı deyib ki, Müsavat Partiyası hələ kütləvi aksiyalar barədə qərar verməyib

Bakı. 13 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovun Müsavat Partiyasının başqanı Arif Hacılı ilə keçirdiyi görüşün təfərrüatları məlum olub.

Partiyanın mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, görüşdə A.Hacılıya bildirilib ki, onlarda son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. İdarə rəisi S.Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.

Arif Hacılı isə deyib ki, Müsavat Partiyası hələ kütləvi aksiyalar barədə qərar verməyib.

*** 15:26

Bakı. 13 yanvar. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə "Report"a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, A.Hacılı idarə rəisi, general Seyfulla Əzimovla görüşüb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi