Yuxarı

Mübariz Qurbanlı: "Ölkəmizdə radikal qrupların fəaliyyət göstərməsinə imkan verməyəcəyik"

Bu, cəmiyyətin istəyidir, söykəndiyimiz İslami dəyərlərin istəyidir

Bakı. 5 mart. REPORT.AZ/ Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin istəyidir, söykəndiyimiz İslami dəyərlərin istəyidir. "Report" xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən zərərsizləşdirilən, ölkədə dini dövlət qurmaq cəhdi edən mütəşəkkil dəstəyə münasibət bildirərkən jurnalistlərə deyib. 

M.Qurbanlı bildirib ki, bu cür radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün hazırda da bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan İslam ölkəsidir və islami dəyərləri, milli adət ənənələri var: “Tarixdə bizə əxz olunan, nəsildən nəslə ötürülən islami dəyərlərimizi biz qorumalıyıq, yaşatmalıyıq. Prezident İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirməkdədir. Dövlət qurumları da buna əsasən öz işini həyata keçirir. Son vaxtlar radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün çox böyük işlər aparılıb və bu işlər bu gün nəticə verməkdədir. Məhz buna görə, Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Onlara qarşı bu mübarizə bir an da olsun dayanmayacaq və biz ölkəmizdə radikal qrupların fəaliyyətinin tam aradan qalxmasına qədər bu işimizi davam etdirəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi