Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Göyçay Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, M.Ağayev Göyçay Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə M.Məmmədov Göyçay Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.